Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi afrikalı pedaqoq: Şamaxıda öyrənmək istədiyim vacib mövzulardan biri yaşıl kurikulumdur

26.08.2025 [18:23]

Xəbərin mətni

COP29 üzrə yay düşərgəsində iştirak etmək mənim üçün böyük fürsətdir. Burada yeni biliklər, pedaqoji bacarıqlar və əməkdaşlıq imkanları əldə edəcəyimə ümid bəsləyirəm ki, geri qayıdanda məktəblərimizdə və qeyri-hökumət təşkilatlarımızda bu bilikləri tətbiq edək, icmalarımızı, şagirdləri və hər kəsi maarifləndirək. İnsanlar iqlim dəyişikliyi deyilən bu fenomeni praktiki olaraq dərk etməlidirlər. Bu barədə AZƏRTAC-a müsahibəsində “COP29 İqlim Dəyişmələri üzrə ikinci yay düşərgəsi”nin iştirakçısı, Cənubi Afrikanın KvaZulu-Natal bölgəsinin “Shea Oconor Combine School”un nümayəndəsi Simangaliso Dhalmini deyib.