CƏMİYYƏT


Xəbərdarlıq: Saxta məktəbli formaları almayın

Bəzi ölkələrdən mənşəyi bilinməyən məktəbli formaları gətirilib Bakı Tikiş Evi ASC-nin məhsulu kimi satışa çıxarılır. Bu sözləri AZƏRTAC-a müsahibəsində Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. O, saxta məktəbli formalarının keyfiyyətsiz tikildiyinə görə ömrünün heç bir il olmadığını dedi. Bakı Tikiş Evində istehsal olunan məktəbli formaları isə Avropa Labaratoriyasının sertifikatını alıb.