DÜNYA


Kriştianu Ronaldo "bomj" imicində

Ulduz futbolçu Kriştianu Ronaldonun maraqlı görüntüləri yayılıb. Portuqal futbolçu səfil həyat tərzi keçirənlər kimi geyinərək Madriddə küçədə oturub. Yoldan keçənlərin çoxu futbolçunu heç tanımayıb, hətta ona pul verənlər də olub. Balaca bir oğlanla futbol fəndləri göstərən Ronaldonu sonunda tanıyıblar.