Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizi daimi yaşayış yeri kimi seçənlərin sayı artıb

03.09.2025 [18:52]

Ötən ilin statistik göstəricilərinə əsasən 3016 nəfər Azərbaycanı daimi yaşayış yeri kimi seçib. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər onu deməyə əsas verir ki, ölkəmiz təkcə vətəndaşlarımız üçün yox, xarici ölkə vətəndaşları tərərəfindən də etibarlı məkan kimi seçilir. Bunun əsas səbəbləri sırasında Azərbaycanda sabitliyin, təhlükəsizlik mühitinin hökm sürməsi, sosial-iqtisadi imkanların artması dayanır.