“Telegram” üzərindən edilən fişinq hücumları ilə bağlı texniki nəticələr açıqlanıb
05.09.2025 [21:25]
Son günlər “Telegram” istifadəçiləri arasında narahatlıq doğuran yeni fırıldaqçılıq üsulu yayılıb. Vətəndaşların telefonlarına “şəkilləriniz” başlıqlı linklər göndərilir. Həmin linklərə daxil olanların hesabları ələ keçirilir. Mütəxəssislər bildirir ki, bu linklərə daxil olduqda istifadəçinin məlumatları qarşı tərəfə ötürülür və hesab tam nəzarətdən çıxır.