Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə naziri cəbhə bölgəsində

07.08.2015 [15:50]

Xəbərin mətni
Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayıb. Müdafiə naziri cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI