Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hadrutda istifadəyə verilən məscid həm də dirçəlişin rəmzidir

15.09.2025 [12:17]

Xəbərin mətni

Azərbaycanın əbədi və əzəli torpaqlarının işğaldan azad olunması ilə bu yerlərdə həm də yeni həyatın, yeni ruhun təməli qoyuldu. Artıq həyatın yenidən canlanan rayonları arasında Xocavənddə var. Rayonun Hadrut qəsəbəsində 2021-ci ilin oktyabrında dövlətimizin başçısının təməlini qoyduğu və ötən gün açılışı olan məscid də bu yerlərdə dirçəlişin rəmzlərindən sayılır.