Şuşada külli miqdarda silah-sursat aşkarlanıb – BİRGƏ MƏLUMAT
15.09.2025 [18:56]
Xəbərin mətni
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.