Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəniyyət nazirinin müşaviri: Hacı Murad Yagizarovun yaratdığı obrazlar dillər əzbəridir

16.09.2025 [15:35]

Xəbərin mətni

Xalq artisti Hacı Murad Yagizarovun vəfatı Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir. Murad müəllim həm kino, həm də teatr sahəsində unudulmaz obrazlar yaratmış görkəmli bir aktyordur. Onun yaratdığı obrazlar dillər əzbəridir. Mənim bəxtim gətirib ki, onunla həmkar olmuşam. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov deyib.