Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Musiqi Gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib

18.09.2025 [13:46]

Xəbərin mətni

18 Sentyabr – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib. Konservatoriyanın rektoru Xalq artisti Kamilə Dadaş-zadə Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərdən danışıb.