Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransız vəkil: Üzeyir Hacıbəylinin yaradıcılığı ilə tanış olmaq mənim üçün böyük şərəfdir

21.09.2025 [12:51]

Xəbərin mətni

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş bu konsertin dinləyicisi olmaq mənim üçün böyük bir məmnuniyyətdir. Bu tədbir sayəsində mən Azərbaycan musiqisinin nəhəng simalarından biri – Üzeyir Hacıbəyli ilə daha yaxından tanış olmaq fürsəti qazanıram. O, Şərq dünyasında opera sənətinin banilərindən biri kimi xüsusi yer tutur və belə bir bəstəkarın yaradıcılığı ilə tanış olmaq mənim üçün həm böyük şərəfdir, həm də sonsuz maraq doğurur. Bu fikri UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertin dinləyicisi fransız vəkil Alən Tremolyer AZƏRTAC-a müsahibəsində deyib.