Alim Qasımov və digər məşhurlar “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək
22.09.2025 [10:36]
Xəbərin mətni
İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın və yeni quruluşda “Nəsimi dastanı” baletinin son məşqləri gedir. Sentyabrın 24-də Nəsimi festivalı çərçivəsində Şamaxıdakı Nəsimi Bağları Kompleksində təqdim ediləcək bədii proqramda ilk əvvəl F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının təqdimatında “Sufi” rəqsi nümayiş olunacaq.