Kamran Əliyev: Strateji əhəmiyyətli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır
22.09.2025 [15:40]
Xəbərin mətni
Azərbaycan daim sülhün tərəfdarıdır. Belə ki, torpaqlarımızın işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib. Lakin BMT-nin Azərbaycan torpaqlarının işğalını tanıyan və qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan işğal etdiyi torpaqları geri qaytarmayıb. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır. Bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.