Vüqar Süleymanov: 2020-ci ilin noyabr ayından bu günə kimi 409 mina qurbanı olub
24.09.2025 [18:09]
Xəbərin mətni
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84 min hektardan çox ərazi minalar və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə bu günə kimi 228 min hektardan çox ərazi təmizlənib və 210 mindən çox mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.