Prorektor: Azərbaycan-Birləşmiş Krallıq tərəfdaşlığı daha da dərinləşəcək
25.09.2025 [14:59]
Xəbərin mətni
Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun məqsədi dəyişən dünyada ikitərəfli münasibətləri müzakirə etməkdir. Burada, sadəcə, siyasət deyil, eyni zamanda, iqtisadiyyat, energetika, texnologiya, təhsil və digər sahələrdə gələcək hədəflər müzakirə olunacaq. Bu sözləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.