Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Söz verdi ki, Polad Həşimovun yolunu davam etdirəcək” – Şəhid gizirin həyat yoldaşı

28.09.2025 [14:19]

Xəbərin mətni

Beş il bundan öncə, sentyabrın 27-də başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun böyük Qələbəsi ilə başa çatdı. Vətənin mərd övladları bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirib, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. İşğaldan azad olunan torpaqların hər daşında bir şəhidin izi qaldı. Canını Vətənə fəda edənlərdən biri də gizir Emin Alməmmədov oldu.