Gəncə terrorunun balaca qurbanı Nilay: İlham babanı çox sevdim
28.09.2025 [14:51]
Xəbərin mətni
27 Sentyabr - Anım Günündə Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən 6 yaşlı Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb. Görüşdən sonra balaca Nilay sevincini və təəsüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb.