Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ata, mənə bayraq alarsan” - Şəhid Ağa Hüseynlinin son istəyi

28.09.2025 [17:50]

Xəbərin mətni

Vətənimizin azadlığı uğrunda canını fəda edən qəhrəmanlar sırasında İkinci Qarabağ müharibəsində şəhadətə ucalan Ağa Hüseynlinin də adı çəkilir. Ağanın 19 yaşı olmasına baxmayaraq, fizki qüvvəsi və istedadı onun kəşfiyyatçı əsgər kimi xidmət etməsinə imkan verirdi. Ağa da müharibənin ilk günündən düşmən təxribatının qarşısının alınması üçün döyüşlərə qoşulanlar sırasında yer alıb.