Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Arpadarai: İqlim Dəyişikliyi Gündəliyinə tərəqqi yolu ilə nail olmalıyıq

29.09.2025 [13:06]

Xəbərin mətni

Keçən il COP29-a ev sahibliyi edən Bakı çox böyük məsuliyyətlər üzərinə götürdü. Biz qlobal Şimal ilə Cənub arasında körpü rolunu oynadıq. COP29-un Yüksək Səviyyəli İqlim Çempionu olduqdan sonra dünyanın hər yerindən insanlarla görüşmək imtiyazına sahib oldum və nə qədər insanın iqlim dəyişikliyinin nəticələri ilə yaşadığını gördüm. Bunlar, sadəcə, uzaq hekayələr deyil, həm Azərbaycanda, həm də bütün regionda üzləşdiyimiz reallıqlardır. Bunu Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI