Muxtar Babayev: COP29 Prezidentliyi aktiv fəaliyyətini davam etdirir
29.09.2025 [13:26]
Xəbərin mətni
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) COP29-dan qalan irsin vacib hissəsidir. Keçən il bu vaxt Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşırdı və bütün dünyanın diqqəti üzərimizdə idi. Çoxtərəfli tərəfdaşlıqların qurulması baxımından COP29 mühüm əhəmiyyət daşıdı və biz strateji hədəflərimizə nail ola bildik. Bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev BCAW2025-in açılış mərasimində deyib.