Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yalçın Rəfiyev: Afrika qitəsinə münasibətdə Azərbaycanın xarici siyasətində yeni strategiya var

29.09.2025 [13:52]

Xəbərin mətni

Afrika qitəsinə münasibətdə Azərbaycanın xarici siyasətində yeni bir gücləndirilmiş strategiya var. Biz bu il ərzində 10-dan çox Afrika ölkəsində hökumət missiyaları təşkil etmişik, səfərlərimiz olub. Bir çox ölkələrdən həm liderlər səviyyəsində, həm xarici işlər nazirləri, hökumət rəsmiləri səviyyəsində Bakıya səfərlər olub. Əsas məqsəd bu ölkələrlə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin yeni istiqamətlərinin müəyyən olunmasıdır və bunun üçün artıq dövlət qurumlarımız müvafiq istiqamətlər üzrə çalışır. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.