DÜNYA


Mafiya liderinin möhtəşəm dəfni səs-küyə səbəb olub

Romada mafiya lideri Vittorio Casamonica üçün möhtəşəm cənazə mərasimi təşkil edilib. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, cənazə möhtəşəm bir at arabası ilə daşınarkən helikopterdən gül yarpaqları tökülüb. Cənazə kortejində isə çox sayda bahalı avtomobillər olub. Orkestr mərasimdə Nino Rotanın bəstələdiyi, Francis Ford Coppolanın çəkdiyi “Ata” filmindəki musiqini ifa edib. İtalya mediası bu mərasimi “mafiya şousu” kimi dəyərləndirərkən, siyasi səhnədə böyük mübahisələr yaşanıb.