Muxtar Babayev: İqlim tədbirləri ilə sosial müdafiə arasında kritik əlaqə var
30.09.2025 [16:40]
Xəbərin mətni
İqlim tədbirləri ilə sosial müdafiə arasında kritik əlaqə mövcuddur. Həqiqətən də, iqlim tədbirləri yalnız emissiyaların azaldılması və ya texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu, əsasən, insanlarla, onların sağlamlığı, bacarıqları, təhsili, məşğulluğu və ləyaqəti ilə bağlıdır. Buna görə də COP29 çərçivəsində ilk dəfə İnsan İnkişafı Günü təşkil edildi və iqlim dayanıqlığı üçün insan inkişafı ilə bağlı ortaq təşəbbüs irəli sürüldü. Bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2025) ikinci günü çərçivəsində etdiyi çıxış zamanı bildirib.