Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türküstanın ürəyində ucalan irs: Xoca Əhməd Yəsəvi türbəsi

01.10.2025 [11:53]

Türküstan şəhərində yerləşən XIV əsrin nadir memarlıq incilərindən biri, böyük sərkərdə Teymurun yaratdığı, dahi şair Xoca Əhməd Yəsəvinin türbəsi ucalır. 38 metr hündürlüyə malik olan bu əzəmətli tikili Teymuri dövrünün ən mühüm və bu günədək yaxşı qorunub saxlanılan yadigarlarından hesab olunur.