Səsi ilə qəlblərə toxunan balaca istedad - Nuray Şahsuvarlını tanıyaq
02.10.2025 [17:12]
Xəbərin mətni
Bəzən bir səs insanı uzağa aparır, unudulmaz sənətkarları yada salır. O səs qəlbin dərinliklərinə işləyir, dinləyicini həm kövrəldir, həm də qürurlandırır. Əslən laçınlı olan Nuray Şahsuvarlının səsi də belədir – onu böyük sənətkar Şövkət Ələkbərovaya bənzədirlər. Dinləyicilər bu oxşarlıqda bir tərəfdən nostaljini, milli musiqimizin klassik ruhunu, digər tərəfdən isə bu balaca istedadın yeni nəfəsini və fərqli baxışını hiss edirlər.