XI Bakı Beynəlxalq Kitab Sərgisində hərbçi-yazar Abdulla Qurbaninin kitabları təqdim olunub
04.10.2025 [15:04]
Xəbərin mətni
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Bəxtiyar Vahabzadə təqdimat zonası”nda Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin “Apostrof-A” nəşriyyatında işıq üzü görən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Fəxri Xiyaban” və iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru, əfsanəvi sərkərdə Həzi Aslanovun 115 illik yubileyinə həsr olunan “Nəsillərə nümunə” kitablarının təqdimatı keçirilib.