Katrin Bomberger: Son on ildə dünyada itkin düşənlərin sayı xeyli artıb
09.10.2025 [13:18]
Xəbərin mətni
Son on ildə dünyada itkin düşənlərin sayı xeyli artıb. Hazırda dünyada silahlı münaqişələrin sayı ən yüksək həddə çatıb. Bunun nəticəsində itkin düşənlərin sayı da artmaqdadır. Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru xanım Katrin Bomberger oktyabrın 9-da Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.