Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qisasını döyüş meydanında alan qəhrəman

13.10.2025 [20:10]

Xəbərin mətni

44 günlük Vətən müharibəsində erməni təcavüzünü qəhrəmancasına dəf edən, düşmənə sarsıdıcı zərbələr endirən, sonda şanlı Qələbə qazanan vətənpərvər oğullarımız, Vətən fədailəri qürur mənbəyimizdir. Elməddin Vəkilov da belə igidlərimizdəndir. Hələ bələkdə ikən ermənilərin azərbaycanlılara qarşı törətdiyi deportasiyanın qurbanı olan Elməddin mənfur, təcavüzkar düşmənə döyüş meydanında divan tutaraq şəhidlik zirvəsinə yüksəlib.