Ramiz Rzayev: Məhkəmə demokratik dövlətlərdə hüquq və azadlıqların qoruyucusudur
14.10.2025 [11:55]
Demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir. Hüquqi dövlət quruculuğunda isə hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir. Şarl Monteskye məşhur “Qanunların ruhu” əsərində qeyd etdiyi kimi məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyətlərindən ayrılmadığı təqdirdə heç bir azadlıqdan söz gedə bilməz. Bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində " Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.