Azərbaycan Dövlət İnformasiya Agentliyi

Volter Barone: İspandilli ölkələrdə məhkəmə ən zəif hakimiyyət qoluna çevrilib

14.10.2025 [12:17]

Xəbərin mətni

Bu gün ispandilli Amerika Qrupunda məhkəmə hakimiyyəti ilə bağlı müstəqillik və əməkdaşlıq həssas balansın saxlanılmasında çətinliklərlə üzləşir. İspandilli ölkələrdə məhkəmə hakimiyyəti ilə bağlı müşahidə edilən gərginliklər var.Bunu Beynəlxalq Hakimlər Assosiasiyasının Birinci Vitse-prezidenti və İbero - Amerika Qrupunun Prezidenti Volter Barone Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.