Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rövşən həmişə deyirdi ki, bizim üçün öncə vətəndir, onun bütövlüyüdür -şəhid qardaşı

16.10.2025 [12:57]

Xəbərin mətni

44 günlük Vətən müharibəsi Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılmış ən parlaq səhifələrdən biridir. Bu savaşda xalqımızın igid oğulları torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək ölməzlik zirvəsinə ucaldılar. Onlardan biri də vətənə sədaqəti, cəsarəti və fədakarlığı ilə yaddaşlara həkk olunmuş şəhid Rövşən Aydın oğlu Vəlixanovdur. Onun həyatı və döyüş yolu gənclər üçün əsl vətənpərvərlik nümunəsidir.