İlin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçü təmin ediləcək
16.10.2025 [13:20]
Xəbərin mətni
İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Ağdamda, Füzulidə və Xocavənddə də bərpa-quruculuq işləri davam edir. Artıq Füzuli şəhərində 3 mindən çox əhali yaşayır. Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinə əhali köçürülüb və hazırda bu kəndlərdə əhalinin sayı 4 min nəfərə yaxındır. Bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.