“Ata, qorxma, biz irəliləyirik…” - şəhid İlham Hüseynovun son zəngi
16.10.2025 [19:20]
Xəbərin mətni
44 günlük Vətən müharibəsi Azərbaycanın qəhrəman oğullarını tarixə yazdı. O igidlərdən biri də döyüş meydanında canını Vətənə fəda edən İlham Umud oğlu Hüseynovdur. AZƏRTAC-ın bölgə müxbiri şəhidin Göyçay rayonunun Qarayazı kəndindəki ata ocağında olub, ailə üzvləri ilə görüşüb.