Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakənin Gürcüstanla həmsərhəd kəndlərində sel təhlükəsi aradan qaldırılır

16.10.2025 [19:00]

Xəbərin mətni

Balakən rayonundan axan dağ çayları əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində mühüm rol oynayır. Lakin son illər leysan yağışlarının artması bu çayları təhlükə mənbəyinə çevirib. Güclü yağışlardan sonra çayların məcrasından çıxması nəticəsində sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyir. Çaylarda məcratənzimləmə işləri aparılsa da, sel suları torpaq bəndləri tez sıradan çıxarır. Son daşqınlardan sonra rayonun beş yaşayış məntəqəsi yenidən təhlükə ilə üz-üzə qalıb. AZƏRTAC-ın bölgə müxbiri Mazımçay və İnterçay vadisində yerləşən kəndlərdə olub, vəziyyətlə maraqlanıb.