Zirehli gödəkçəsini əsgərinə verib özü şəhid olan leytenant Sərvan Göyüşov
19.10.2025 [16:01]
Xəbərin mətni
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər Ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağdam rayon sakini Göyüşov Sərvan Mehman oğludur.