Keçmiş məcburi köçkün: 29 yaşımda çıxmışdım, 61 yaşımda geri dönürəm
29.10.2025 [10:30]
Xəbərin mətni
Otuz ildən sonra biz doğma kəndimizə köçürük. Allaha şükürlər olsun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür və sağlamlıq versin. Bu günü görmək, bu həyəcanı yaşamaq bizim üçün böyük xoşbəxtlikdir. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdamın Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün İdris İbadov söyləyib.