Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqaməti insan amilinə yönəlib

04.11.2025 [16:21]

Xəbərin mətni

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqaməti insan amilinə, ailə institutunun möhkəmlənməsinə və sosial ədalətin təmininə yönəlib. Bölgələrdə və mərkəzdə baş verən ictimai-siyasi hadisələrə münasibətdə obyektivlik və məsuliyyətli yanaşma vacibdir. Hər bir qərar və fəaliyyət həm cəmiyyətin, həm də dövlətin maraqlarına uyğun şəkildə formalaşdırılmalıdır. Məsuliyyət və şəffaflıq sosial siyasətin əsas dayaqları olmalıdır. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova brifinqdə çıxışı zamanı söyləyib.