Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biz qalib xalqın nümayəndələri kimi Zəfərin ruhunu dilimizə də daşımalıyıq

04.11.2025 [17:50]

Xəbərin mətni

“Okay”, “share etmək”, “cool”, “location”, “konum”...  Son illərdə cəmiyyətimizdə, xüsusilə gənclər arasında bu kimi başqa dillərdən alınma sözlərin istifadəsi artıb. Sanki bir çoxları ana dilimizdə danışmağa utanır, Azərbaycan dilində əzəli bir kəlimə olduğu halda rus, ingilis, türk dillərində olan sözlərdən istifadə edirlər. Məsələ bununla da bitmir. Bu gün elə paytaxt Bakıya nəzər salsaq, bir çox mağazaların, restoranların adları da xarici dildədir. KİV-də, reklam daşıyıcılarında, bəzi hallarda jurnalistlərin yazılarında, aparıcıların nitqində ana dilimizin orfoqrafik, leksik və qrammatik normalarının pozulduğunu müşahidə edirik. Belə halların aradan qaldırılması üçün ilk növbədə cəmiyyətimizdə yayılan bu mənfi tendensiyanın səbəblərini aydınlaşdırmalıyıq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI