Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiberpolis “Qarabağ”–“Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib

04.11.2025 [22:54]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına Stadionda keçiriləcək “Qarabağ”–“Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.