Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

08.11.2025 [13:53]

Xəbərin mətni

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI