Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb

08.11.2025 [20:47]

Xəbərin mətni

2023-cü ildə Böyük Qayıdışın ünvanlarından biri də Füzuli şəhəri oldu. Erməni işğalı zamanı xarabalığa çevrilən şəhər indi yenidən dirçəlir, həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr Zəfər Gününü öz doğma yurdunda qeyd edirlər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhərində Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla yekunlaşıb.