Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi reallığa çevrilir

13.11.2025 [17:49]

Xəbərin mətni

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində mühüm addımlar atılır. Artıq dəhlizin reallığa çevrilməsi praktiki mərhələyə qədəm qoyub. Ötən ay Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin dəhlizin fəaliyyətinin artırılması və digər texniki məsələlər ətrafında müzakirələri böyük önəm daşıyır. Görüşün yekununda hər 3 ölkənin gömrük, sərhəd və nəqliyyat orqanlarının təmsilçilərindən ibarət işçi qruplarının yaradılması qərara alınıb ki, bu da dəhlizin inkişafında müsbət rol oynayacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI