“BakuBus” MMC-nin yeni 5 nömrəli marşrut avtobusu fəaliyyətə başlayıb REPORTAJ
14.09.2015 [15:47]
Bu gündən etibarən “BakuBus” MMC-nin daha bir avtobsu xəttə buraxılıb. 5 nömrəli avtobusun fəaliyyəti ilə əlaqədar bəzi marşrut xətlərində dəyişiklik edilib. Yeni 5 nömrəli marşrut avtobusu N.Nərimanov metro stansiyasından başlayaraq Təbriz küçəsi, Azadlıq prospekti, 28 May metro stansiyası və 20-ci sahə də daxil olmaqla hərəkət edir. Bu səbəbdən də mövcud xətt üzrə hərəkət edən 20 və 24 nömrəli marşrut avtobusları xətdən kənarlaşdırılıb.