Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hafiz Paşayev: Bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir

18.11.2025 [12:39]

Xəbərin mətni

Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub. ABŞ-da olduğum müddətdə öyrənmək istədiyim mövzular barədə çox düşündüm və başa düşdüm ki, Beyin Mərkəzləri mənim üçün vacib mənbə olacaq. Hər gün həmin qurumlarda öyrənməyə dəyər yeni bir şey tapmaq mümkün idi və mən iştirak edə bildiyim qədər çox tədbirdə iştirak etməyə çalışırdım. Bu sözləri Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunun açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI