Con Herbst: Vaşinqton görüşü Azərbaycan ilə Ermənistan arasında konstruktiv dialoqu gücləndirib
18.11.2025 [15:10]
Xəbərin mətni
Tramp administrasiyası Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə real töhfə vermək niyyətini nümayiş etdirərək avqust ayında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanı Ağ Evə dəvət etdi. Fikrimcə, bu görüş zamanı əldə olunmuş razılaşmalar Azərbaycan-Ermənistan sülh prosesinin irəliləyişinə əhəmiyyətli dərəcədə təkan verib və tərəflər arasında konstruktiv dialoqu gücləndirib. Bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru Con Herbst jurnalistlərə müsahibəsində deyib.