Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələnin dağ çaylarında sel təhlükəsinə qarşı tədbirlər gücləndirilir

20.11.2025 [11:49]

Xəbərin mətni

Ölkəmizin iri turizm və aqrar rayonlarından olan Qəbələdən müxtəlif istiqamətlərdə axan beş iri dağ çayı təhlükəli sel suları ilə seçilir. Onlardan ən təhlükəlisi isə zaman-zaman həm yaşayış məntəqələrinə, həm də təsərrüfatlara ciddi ziyan vuran Qaraçaydır. Çayın sahili boyunca bir neçə kənd yerləşir ki, həmin yaşayış məntəqələrindən biri də Tikanlıdır.