Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndiririk

20.11.2025 [21:24]

Xəbərin mətni

Regional kontekstdə biz Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndiririk. Cənubi Qafqazda sülhün möhkəmlənməsi gələcək iqtisadi artım və rifah üçün yeni imkanlar açacaq. Biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək dəyərləndiririk. AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda Latviya Respublikasının 107-ci ildönümü münasibətilə təşkil olunan rəsmi qəbulda söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI