Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Seyidov: İstəyirik 907-ci düzəliş birdəfəlik aradan qaldırılsın

21.11.2025 [11:09]

Xəbərin mətni

8 avqust görüşü Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış bir hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda sülhün bünövrəsini, əsasını yaradaraq regionumuzu tamamilə başqa səviyyəyə yüksəltdi və Amerika-Azərbaycan münasibətləri də artıq strateji əlaqələr səviyyəsinə qalxıb. Bu sözləri Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyətinin rəhbəri Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI