İvan Us: Təqdim olunan sülh planı Ukraynanın kapitulyasiyası deməkdir
21.11.2025 [12:47]
Xəbərin mətni
“Sözsüz ki, bu günün əsas mövzusu Donald Trampın Zelenskiyə təqdim etdiyi 28 maddəlik sülh planıdır. Bu sülh planına nəzər salanda adamda elə bir rəy yaranır ki, bu bəndlər Moskvada yazılıb. Sadəcə Amerika Birləşmiş Ştatları bunu indi təqdim edir və bilir ki, baş verən korrupsiya halları fonunda Ukrayna hakimiyyəti sanki Moskvada hazırlanmış sülh planını qəbul edəcək. Mən inanmıram ki, bu sülh planı Ukrayna tərəfindən qəbul olunsun. İlk məlumatlardan Ukraynanın bu sülh planına neqativ yanaşdığı bəlli olub”, - deyə İvan Us əlavə edib.