Abidələrin pasportlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək
21.11.2025 [13:39]
Xəbərin mətni
Dövlət proqramı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin əməkdaşları Naxçıvan Muxtar Respublikası ərazisində 50 abidənin pasportunu hazırlayırlar. Bu abidələr Kəngərli, Ordubad və Culfa rayonlarında yerləşən tarix-mədəniyyət nümunələrini əhatə edir. Bu sözləri “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin böyük mütəxəssisi-memarı Sevil Əmiraslanova deyib.